DSX: Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

DSX: Erməni tərəfi Qazax istiqamətində təxribat törədib
https://peyk.az

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.  

DSX-dan APA-ya verilən məlumata görə, dünən saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.