Dünən hərbi xidmətdən qayıtdı, bu gün isə...

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Dünən hərbi xidmətdən qayıtdı, bu gün isə...
https://peyk.az

Peyk.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qeyd edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.