Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olub

Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranlarının çıxış cədvəli məlum olub
https://peyk.az

Azərbaycan ağırlıqqaldıranlarının Tailandın Pattaya şəhərində keçiriləcək dünya çempionatında çıxış cədvəli müəyyənləşib.

"Report"un məlumatına görə, ilk olaraq mübarizəyə qadın atlet Səbinə Əzimova başlayacaq. 55 kq çəkidəki idmançı sentyabrın 19-da Bakı vaxtı ilə saat 19:30-da "körpücük" üzərinə çıxacaq.

Sentyabrın 21-də saat 14:55-də 59 kq-dakı Boyanka Kostova, sentyabrın 23-də saat 19:30-da isə 96 kq-dakı Nailxan Nəbiyev mübarizə aparacaq.

Qeyd edək ki, sentyabrın 18-də başlanacaq kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) yarışacaq.