Dünya çempionumuz və futbol klubunun sahibi koronavirusla mübarizəyə pul ayırdı - FOTO

Daha bir idmançı Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb. Oxu.Az-ın xəbərinə görə, sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev bu gün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul yardımı edib. Həmçinin,...

Dünya çempionumuz və futbol klubunun sahibi koronavirusla mübarizəyə pul ayırdı - FOTO

Daha bir idmançı Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.

Oxu.Az-ın xəbərinə görə, sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev bu gün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul yardımı edib.

Həmçinin, “Zirə” klubunun fəxri prezidenti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov fonda eyni məbləğdə pul ianə edib.

Qeyd edək ki, daha əvvəl idmançılarımızdan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov fonda 50 min manat köçürmüşdü. Həmçinin, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov (20 min manat), AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov (4 min manat), “Neftçi”nin idman direktoru Ceyhun Sultanov və cüdo üzrə sabiq Olimpiya çempionumuz Elnur Məmmədli (hər ikisi 1000 manat) sözügedən fonda pul ayırmışdı.

Səbuhi Musayev