Dünyada 1 gündə 113 min nəfər koronavirusa yoluxub

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Dünyada 1 gündə 113 min nəfər koronavirusa yoluxub

ÜST-ün məlumatına görə, son bir gündə ayrı-ayrı ölkələrdə COVID-19-a yoluxanların sayı 100 mindən çox artıb.

Eyni zamanda ;376 mindən çox insan təhlükəli virusdan ölüb.

Son sutkada COVID-19-a ;113 198 ;yeni yoluxma qeydə alınıb, ;4 242 ;pasiyent ölüb. Beləliklə, dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı ;6 194 533, ölüm hallarının sayı ;376 320 ;təşkil edir.

Dünyada təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə ;2 905 432 ;insan təhlükəli virusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus ;213 ;ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını ;COVID-19 qoyub, martın 11-də isə koronavirusu ;pandemiya elan edib.

Ölkə.Az