Dünyada koronavirusa daha 177 min yoluxma aşkarlanıb — ÜST

"Ölkə.Az" bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Dünyada koronavirusa daha 177 min yoluxma aşkarlanıb — ÜST

Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində COVID-a 177 min yeni yoluxma aşkarlanıb.

Bildirilir ki, son sutkada daha 5 116 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, dünyada koronavirusdan ölən pasiyentlərin ümumi sayı 484 249 nəfər təşkil edib.

ÜST-ün məlumatına görə, epidemiyanın başlanğıcından koronavirusa yoluxanların sayı 9 473 214 nəfərə çatıb. ;

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.