Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötdü

Koronavirus pandemiyası ərzində dünyada yeni virusa 7 milyondan çox yoluxma qeydə alınıb.

Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötdü

Koronavirus pandemiyası ərzində dünyada yeni virusa 7 milyondan çox yoluxma qeydə alınıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda dünyada COVID-19-a 7 004 825 yoluxma qeydə alınıb. Ayrı-ayrı ölkələrdə ümumilikdə virusdan 402 666 ölüm təsdiqlənib. Koronavirusa yoluxmuş 3 426 149 insan sağalıb.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Bununla yanaşı, Braziliyada, Rusiyada, İspaniyada və digər ölkələrdə də koronavirusa yüksək sayda yoluxma, ölüm halları ;aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.