Dünyanı idarə edən 5 AİLƏNİN SƏRVƏTİ və TARİXÇƏSİ

Dünyanı idarə edən 5 AİLƏNİN SƏRVƏTİ və TARİXÇƏSİ

Deyilənə görə, bu və ya digər ölkədə prezidentin kim olacağına, müharibədə kimin qalib gələcəyinə bu ailələr qərar verir. Peyk.az bu gün oxucularına dünyanı idarə edən, sərvətləri trilyonlarla dollar olan ailələr haqqında məlumat çatdırır.
Bu ailələr əsrlər boyu nəsildən nəsilə kapitallarını və dünya tarixinin gedişatına təsirini artırır. Onların soyadları hüdudsuz qüdrət və sərvətin simvoluna çevrilib. Amma onların bir çoxu "Forbes"in siyahısına düşmür və pullarını gizli saxlayırlar. Siyahını təqdim edirik:
Vindzorlar ailəsi
Dünyanı idarə edən 5 AİLƏNİN SƏRVƏTİ və TARİXÇƏSİAilə başçısı: V Qeorq (1865-1936-cı illər). 70 il yaşayıb və 1910-1936-cı illərdə hakimiyyətdə olub. II Elizabeta. 91 yaşı var, 1926-cı ildə anadan olub. 1952-ci ildən Böyük Britaniyanın kraliçasıdır.
Sərvəti: "Qaridan" nəşri kraliçanın 4.45 milyard funt sterlinqlik sərvəti olduğunu yazır. Monarxlar 1894-cü ildən vergi ödəmirlər. Ailəyə daşınmaz əmlakları da gəlir gətirir. Kral ailəsinin ABŞ və İsveçrədə də mülkləri var.
Rokfeller ailəsi
Dünyanı idarə edən 5 AİLƏNİN SƏRVƏTİ və TARİXÇƏSİAilə başçısı: Con Rokfeller. 1839-cu ildə anadan olub və 1937-ci ildə ölüb. 97 il yaşayıb.
Sərvəti: 2.5 trilyon dollar.
Etnik olaraq alman olan ailə ABŞ-a köçüb və XIX əsrin sonlarında Con Rokfellerin sayəsində parlayıb. O, bəşəriyyətin ilk dollar milyarderidir. 16 yaşında Con mühasib köməkçisi işləməyə başlayır. 1857-ci ildə işdən ayrılır və düyü, ət və başqa məhsullar satan şirkətə düzəlir. Birləşmiş Ştatlarda tüğyan edən vətəndaş müharibəsi zamanı ordunu təmin etmək üçün verilən dövlət sifarişləri hesabına gəlir qazanır. 1870-ci ildə "Standard Oil" şirkətini qurur və neft sahəsinə girişir. 10 il sonra ABŞ-ın neft yataqlarının 95 faizi onun əlində idi. Onun şirkəti qiymət diqtə edirdi.
XX əsrdə Rokfeller ailəsi qida, maşınqayırma, sənaye, maliyyə və sığorta sahələrinə də girişdi. Conun ölümündən sonra onun oğlu atasının işini davam etdirdi.
Rotşildlər ailəsi
Dünyanı idarə edən 5 AİLƏNİN SƏRVƏTİ və TARİXÇƏSİAilə başçısı: Mayer Amşel Rotşild. 1744-cü ildə anadan olub, 1812-ci ildə ölüb. 68 il yaşayıb.
Sərvəti: 3.2 trilyon dollar.
Almaniyaya köçən yəhudi ailəsidir. Mayer Amşelin Frankfurtda bir dükanı var idi və üzərində qırmızı qartal olan "Rot Shild" yazılı lövhə var idi. Rot shild alman dilindən tərcümədə qırmızı qalxan deməkdir.
12 yaşı olanda atası Mayeri Hannoverə Oppenqeymer bankına göndərir. O, 16 yaşında geri qayıdır və atasının işini, yəni medal və monet satışını davam etdirir. Burada o, ilk bankını açır və alman knyazlıqlarının sikkələrini bir-biri ilə dəyişir. Tezliklə Mayer uğur qazanır.
20 yaşında Rotşild artıq Qessen-Kassel knazlığına pul daşıyır, 5 il sonra isə IX Vilhelm tərəfindən şəxsi bankir təyin edilir. Ailə biznesi böyüyür və övladları bu işi daha da inkişaf etdirirlər.
Barux ailəsi
Dünyanı idarə edən 5 AİLƏNİN SƏRVƏTİ və TARİXÇƏSİAilənin başçısı: Bernard Mannes Barux. 1870-ci ildə anadan olub, 94 il yaşayıb.
Sərvəti: Bernard Barux öləndə 1 trilyon dolları var idi. Hazırda ailənin nə qədər pulu olduğu barədə məlumat yoxdur.
Yəhudi əsilli ailədir. Məktəbi bitirən Bernadrd Nyu-York fond birjasında işə düzəlir. 1903-cü ildə şəxsi broker şirkətini açır. 33 yaşı olanda artıq əfsanəvi adama çevrilir. Artıq milyonçu idi və təkbaşına böyük işlər görürdü.
1912-ci ildə Vudro Vilsonu prezident seçkilərində dəstəkləyir. Buna görə də müdafiə nazirliyində vəzifə alır.
Səud ailəsi
Dünyanı idarə edən 5 AİLƏNİN SƏRVƏTİ və TARİXÇƏSİAilə başçısı: Kral Salman inb Əbdül-Əziz Əl Səud. 1935-ci ildə anadan olub. 81 yaşı var, 2015-ci ildən kraldır.
Sərvəti. Səud ailəsinin əlində nəhəng neft yataqları var. Ailənin 25 min üzvünün var-dövlətini hesablamaq mümkün deyil. Məsələn, Salman tacqoyma mərasimində ölkə əhalisinə 30 milyard dollar payladı və 20 milyard dolları infrastruktura xərclədi. Səud klanı 1932-ci ildən, yəni Səudiyyə Ərəbistanı yaranandan ölkəni idarə edir. 200 il isə bu vaxta qədər müxtəlif əmirlikləri idarə ediblər. 1938-ci ildə ərazidə neft tapılır və ölkə varlı bir dövlətə çevrilir.