Home Moda Dünyanın ən gözəl və qüdrətli müsəlman qadınları – FOTO

Dünyanın ən gözəl və qüdrətli müsəlman qadınları – FOTO

397
0

Dünyanın ən gözəl və qüdrətli müsəlman qadınları – FOTO

Avropalılar müsəlman qadınların hicablı olması və azadlıq anlayışlarının ancaq evin qadına məxsus hissəsi ilə yekunlaşdığını düşünürlər. Bu, xüsusən Yaxın Şərq və Orta Asiyanın müsəlman qadınları ilə bağlı formalaşmış stereotipdir.

Peyk.az Oxu.Az-a istinadən bunun belə olmadığını müsəlman ölkələrindən olan dörd nüfuzlu qadının timsalında göstərir.

Fərəh Pəhləvi, İran şahbanusu

Məhəmməd Rza Pəhləvi şahın üç xanımından yalnız biri – Fərəh “şahbanu” titulunu əldə edə bildi. O, bunu gözəlliyi, Avropasayağı hərtərəfli təhsili, tərbiyəsi və dünyagörüşü, bir də, əlbəttə ki, güclü xarakteri sayəsində bacardı.

Atasının vaxtsız ölümündən sonra yetim qalsa da, qohumları onu Paris liseyinə oxumağa qoyurlar. Sonra isə memarlıq üzrə xüsusi məktəbdə (“Ecole Speciale d’Architecture”) təhsil alır.

Keçən əsrin ortalarında – Fərəh məktəbli və tələbə olanda, İran əxlaqında azadlıq indikindən fərqlənirdi. Xoşbəxtlikdən gələcək şahbanuya gəncliyini Avropasayağı keçirmək nəsib olur. Basketbol oynayır və İran standartlarına görə qısa olan yubka ilə Parisə gedirdi.

Onu məhz belə – rahat və özünəəmin halda İran səfirliyindəki rəsmi qəbulların birində artıq iki dəfə boşanmış olan şah Məhəmməd Rza Pəhləvi görür. Fərəh burada xaricdə təhsil alan digər tələbələrlə birlikdə şaha təqdim olunur. Şah yubatmadan Fərəhə evlilik təklif edir.

Belə təklifdən imtina edilməz, qız da razılaşır.

Öz gücünə əmin olan Fərəh sarayda  özünüifadəetmə azadlığı yarada biləcəyinə inanırdı. Sonradan da şahbanu statusuna baxmayaraq, Fərəh özünü istədiyi kimi aparır və elə də geyinirdi. Avropasayağı geyimləri ilə o, müasiri amerikalı prezidentin xanımı Jaklin Kennedi ilə müqayisə olunurdu.

Ən önəmlisi, o, şaha təsir etməyi bacardı və dress-kodun dəyişməsinə səbəb oldu, dəb qaydaları yaratdı, belə ki, artıq Pəhləvi şahın qarşısına qadınlar hicabsız və Avropasayağı tərzdə çıxa bilirdilər.

Fərəh Şahbanunun İran mədəniyyətinin inkişafında da fəaliyyəti və rolu böyük olub. O, Marka Potko və Cekson Pollokun rəsmlərini toplayırdı. Onun təşəbbüsü ilə İrana bütün tarixi sərvətlər qaytarılmışdı.

Fərəh həm də həyat yoldaşını xarici səfərlərində müşayiət edirdi. 1970-ci illərin əvvəlində cütlük SSRİ-ni ziyarət edirlər. Bakının bir hissəsinə gəlmək imkanları olur, Müslüm Maqomayev onların qarşısında çıxış edir. Sovet ifaçısı şahın xanımı haqda xatirələrində belə yazır: “Üz cizgiləri… fars məxməri gözlər, inci gülüş… Əsl kinoulduz!”

Fərəhin dövründə İran şahlığı xeyli sayda qiymətli daş-qaş toplamışdı. Monarxiya devriləndən sonra qiymətli əşyaların böyük hissəsi İran İslam Respublikasının özündə qaldı. Şah, şahbanu və dörd övlada bu, ömürlük bəs edərdi. Amma lüks həyata alışmaları şahın övladlarının xarakterini məhv etmişdi: balaca oğlu və qızı erkən yaşda vəfat etdilər – oğlu özünü öldürdü, model olan qızı isə artıq dozada qadağan olunan maddələr qəbul edərək həyatına son qoydu.

Ərinin ölümündən sonra Fərəh ABŞ-a köçür və şahla keçən həyatı ilə bağlı “Xatirələr”i nəşr etdirir.

Raniya Al-Abdulla, İordaniya kraliçası

Karyera qurmağa və uğur qazanmağa can atmaq onda anadangəlmə keyfiyyət idi. Valideynləri burjuaziyanın yuxarı təbəqəsinə aid idilər və İordan çayının qərb sahillərində yaşayırdılar.

“Altıgünlük müharibə”dən sonra bu ərazi İsrailin tərkibinə qatıldığı üçün Raniyanın ailəsi sərhədi keçir. Raniya Küveytdə ingilis məktəbini bitirir, ailə siyasi səbəblərə görə ölkəni tərk etməli olanda, o, Qahirə Amerika Universitetinə qəbul olur və orada İT təhsili alır.

Təhsili gənc emiqranta gələcək həyat yoldaşı ilə tanış olma fürsəti yaradır. Onlar Raniyanın iş yerində – Əmmanda “Citibank”ın ofisində təsadüfən rastlaşırlar. Şahzadə Abdulla oradaca qıza aşiq olur və evlilik təklif edir.

Tanışlıqla evlilik arasından bir neçə ay keçir. Onların sonrakı həyatı göstərdi ki, ilk baxışdan sevgi möhkəm və həqiqi alınıb. Cütlüyün bu evlilikdən iki oğlu və iki qızı dünyaya gəlir, təhsilli və aktiv şahzadə ərinə dövlət işlərində kömək edir.

II Abdulla xanımını hərbçi ailələrinə dəstək ictimai birliyinin rəhbəri təyin edir. Raniya həm də xeyriyyəçiliklə məşğul olur (xüsusən də, osteoporoz xəstəliklərinə kömək fondunda) və İordaniyada qadın və uşaq hüquqlarının müdafiəçisi kimi çalışır.

Raniya Avropasayağı geyinir və digər qadınların da öz geyim seçimlərində azad olmaları üçün çalışırdı. II Abdulla xanımını iordanlıları Avropalaşdırma cəhdləri yolunda həvəsləndirirdi. 2003-cü ildə Britaniyanın “Hello!” jurnalı Raniyaya “eleqantlıq kraliçası” titulunu verir.

Raniya təhsilini genişləndirməyi də unutmur və müasir texnologiyalardan aktiv istifadə edir. Sosial şəbəkələrdə profilləri də var, bu da onun iştirakı ilə olan vacib və maraqlı məclisləri cəmiyyətin diqqətinə çatdırır.

Səudiyyə Ərəbistan şahzadəsi Dina al-Cuxani Əbdüləziz

Şübhəsiz, ərəb şahzadələri içində ən dəblisi olan Dina al-Cuxani Əbdüləziz Şərq qadınına bənzəmir. Onun dünyanın ən qapalı və “dress-kodlu” ölkələrindən birinin müsəlman qadını olduğunu anlamaq çətindir, ancaq milli rəsmi tədbirlər və ərəb dəb jurnallarının çəkilişində hicab geyinərkən onun içindəki müsəlman qadını görmək olur.

Dina həm də “Vogue Arabia” jurnalının ilk baş redaktoru olub. 2016-cı ildə bu işdə işləsə də, bir ildən az müddət sonra nəşriyyat evinin qərb rəhbərliyi ilə ziddiyyətlər səbəbindən bu işi buraxmalı olur.

Dina qısa yubkalar, enli şalvarlar, tafta jaketlər geyinir və cürbəcür saç düzümləri, əsasən də, ərəblər üçün xarakterik olmayan qısa saç kəsimləri edirdi.

Fərəh və Raniyadan fərqli olaraq, Dina taxt-tac adamının təklifinə həmin an razılıq vermədi. Şahzadə Ədüləziz bin Nasir Əbdüləziz bin Al Səudi gələcək xanımı ilə 1996-cı ildə tanış oldu və
bir aydan da çox ona diqqətini göstərib sonda razılıq aldı, Londonda evləndilər. Cütlüyün bir qızı və əkiz oğlanları dünyaya gəldi.

2006-cı ildə Dinanın dəb sevgisi bunu onun peşəsinə çevirdi və atasının maliyyə yardımı ilə o, konseptual butikin – “D’NA”-nın açılışını etdi. O, əvvəlcə Ər-Riyadda, sonra Dohada, daha sonra isə internet üzərindən olan mağaza kimi fəaliyyətini davam etdirdi. O, həm də Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdəki gənc dizaynerlərə dəstək kimi “Dubai Design” və “Fashion Council” təşkilatlarının yaranmasının təşəbbüskarlarından biri idi.

Şeyxa Moza bint Nasir əl-Misnəd 

O, Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Saninin üç arvadından ikincisidir. Mühüm siyasi hadisələrdə ərini ancaq o müşayiət edir. Sosioloq peşəsi üzrə Qətər Universitetində təhsilini bitirdikdən sonra ABŞ-da təhsilini davam etdirir.

O, Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri, Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti və UNESCO-nun xoşməramlı səfiridir. Eyni zamanda, II Yelizaveta onu Britaniyanın qadın-komandir ordeninə layiq görüb.

Şeyxa müsəlman təmkinliyini göstərən uzun və dekoltesiz paltarlar geyinir, saçlarını gizlətmək üçün baş örtüyündən istifadə edir. Bununla belə, eleqantlığını qoruyur, rənglər və forma cəhətdən risklər etməkdən çəkinmir: hamar atlas, tafta kimi parçalar, zümrüd, rubin, sapfir, ametist kim daşların parlaq rənglərini üzərində daşımağı xoşlayır.

Peyk.az

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here