Dünyanın ən zəngin azərbaycanlısı 6 gündə 600 milyon dollar GERİLƏDİ

Dünyanın ən zəngin azərbaycanlısı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov noyabrın 7-dən 13-nə qədər olan tarixdə 600 milyon dollar pul itirib.

Dünyanın ən zəngin azərbaycanlısı 6 gündə 600 milyon dollar GERİLƏDİ
https://peyk.az

Peyk.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 7-də 21,2 milyard dollar sərvəti olan Vahid Ələkbərov dünya fond birjalarındakı gərginlik, “Lukoyl” şirkətinin səhmlərinin ucuzlaşması səbəbilə 600 milyon dollar ziyana düşüb.

Hazırda Vahid Ələkbərovun 20,6 milyard dollar sərvəti var. Bu göstərici ilə o, hələ də Rusiyanın 3-cü ən zəngin iş adamıdır.