“Düşmənin verə biləcəyi ən böyük zərər...” - Xamneyi

“Düşmənin verə biləcəyi ən böyük zərər...” - Xamneyi

İran İraqda hökumət əleyhinə baş verən etiraz aksiyalarını nəzərə alaraq İlam əyalətindəki Mehran sərhəd keçid məntəsini bağladığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İlam əyaləti valisinin müavini Məhəmməd Nevzeri bildirib. Amma o, sərhəd keçid məntəqəsinin nə zaman açılacağı haqda danışmayıb.

Bu arada hərbi məktəbi ziyarət edən İranın Ali dini lideri Ayətullah Xamneyi İraq və Livanda hökumət əleyhinə baş verən kütləvi mitinqlər haqqında danışıb.

Ali rəhbər deyib ki, təhlükəsizlik və sabitlik olmadığı yerdə hər hansı bir tələb yerinə yetirilə bilməz. Bu cəmiyyət üçün ən vacib məsələdir. Bir toplum üçün ən önəmlisi təhlükəsizlik və sabitliyin qorunmasıdır”.

Ali dini lider əlavə edib ki, düşmənin bir ölkəyə verə biləcəyi ən böyük zərər həmin ölkənin təhlükəsizlik və sabitliyinin əlindən almasıdır: “Bu gün bölgədə bəzi ölkələrin sabitliyini və təhlükəsizliyini pozmağa başladılar. Bu, bir millətə qarşı edilən ən təhlükəli və pis düşmənçilikdir”.

Livan və İraqda xalqın haqlı tələblər irəli sürdüyünü əlavə edən Xamneyi bildirib ki, bu tələblərin həllinə ancaq qanun çərçivəsində nail olunmalıdır.