Düşmən atəşkəsi snayperlərlə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Düşmən atəşkəsi snayperlərlə pozdu

Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, Ermənistan Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Opertiv Qərargah koronavirusla bağlı dünyada və ölkədə mövcud son vəziyyəti analiz edir, yoluxma dinamikasına uyğun qərarlar verirlər. Bilirsiniz ki, cənab prezident və dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarışısı alındı. Hətta yoluxanların sayında kifayyət qədər azalma var idi. Amma son həftələrin statistikası ürəkaçan deyil. Karantin rejimində edilən yumşalmalardan sonra insanlarımız artıq koronavirus yoxmuş kimi davranmağa başladı.Təəssüf ki, hətta bu xəstəliyin varlığına inanmayanlar da az deyil.

Mağazalarda,marketlərdə və ictimai nəqliyyatda sosial məsafə qorunmur, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmirlər. Ən önəmlisi isə ehtıyac oldu-olmadı insanlarımız çölə çıxırlar. Nəticədə nəinki Bakıda, hətta bölgələrdə də koronavirusa yoluxanların sayı artdı. Vətəndaşlarımızı bu məsələdə məsuliyyətli olmaqlarını məsləhət görürəm. Çünki insanlarımızın bu xəstəliyə biganəliyi özləri ilə yanaşı yaxınlarını və bütün Azərbaycan vətəndaşlarının sağlamlığını təhdid altında qoyur. Düşünürəm ki, əgər yoluxma çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirə bilər. Əlbəttə bunu heç birimiz arzulamır, tezliklə normal həyatımıza qayıtmaq istəyirik. Bunun üçün də Operativ Qərargahın tövsiyyələrinə əməl etməli, qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sanitar-gigyenik qaydalara əməl etməliyik. Düşünürəm ki, bu virusa dövlət-vətəndaş birliyi ilə qalib gələ bilərik".Sonxəbər

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri 28 may - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq.

"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Baş konsulluğundan verilən məlumata görə, bu tarixi kompozisiya konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.

May ayının 27-də gecə saatlarından başlayaraq, 28 mayadək davam edəcək işıqlandırma İstanbul şəhərindəki üç körpüdə eyni anda, dörd kompozisiya üzrə dəyişəcək.