Home İdman Düşünürəm ki, yanlış zamanda “İnter”də idim – Şaqiri

Düşünürəm ki, yanlış zamanda “İnter”də idim – Şaqiri

237
0

“Liverpul”un isveçrəli futbolçusu Xerdan Şaqiri İtaliya mətbuatına verdiyi reportajında maraqlı ifadələr səsləndirib.

Peyk.az xəbər verir ki, 27 yaşlı vinger vaxtı ilə “İnter”ə transferinin yanlış qərar olduğunu dilə gətirib:

“İnter”də Roberto Mançini ilə aramda problem yox idi. Bir şey dəyişdirmək imkanım olsaydı, “İnter”ə transfer olunduğum zamanı dəyişərdim. Düşünürəm ki, yanlış zamanda “İnter”də idim, bu gün isə vəziyyət fərqlidir. “İnter” 3 il əvvəlki komandaya nisbətən çox dəyişdi, onlar artıq çempionluq uğrunda mübarizə aparırlar”.

“Liverpul” ilə birlikdə Çempionlar Liqasını qazanmaq istədiyini bildirən futbolçu, “Ən yaxşı klublarda hər zaman ən yaxşısını hədəfləməlisiniz. “Liverpul”un heyətində Premyer Liqada və Çempionlar Liqasında xoşbəxt sonluq yaşamaq istəyirəm”.

2015-ci ildə “Bavariya”dan “İnter”ə transfer olunan futbolçu, İtaliya klubunun heyətində çıxdığı 15 oyunda 1 qolla yadda qalıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here