Eddi İsrafilov həbs oluna bilər

Millimizin və İspaniya "Albasate"sinin futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Eddi İsrafilov həbs oluna bilər
https://peyk.az

Peyk.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır. Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də,  onlar buna məhəl qoymayıb, hətta digər şəxslərə də yayıblar. Videonu yayanlardan biri də məhz İsrafilov olub.