Home İdman Elə olsaydı, onu dərhal əvəzləyərdim – Roberto Bordin

Elə olsaydı, onu dərhal əvəzləyərdim – Roberto Bordin

329
0

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Səbail”ə 1:2 hesabıyla qalib gələn “Neftçi”nin baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.

Peyk.az xəbər verir ki, əcnəbi mütəxəssis oyunla bağlı bunları deyib:

“Yaxşı komandayla qarşılaşdıq. Futbolçularımın oyunundan razıyam ”.

-Zədəli futbolçularınızın vəziyyəti nə yerdədir?

-Zədələr olur. Buna baxmayaraq, yaxşı oyun göstərməliyik. Yaxşı kollektivimiz var.

-Oyunun əvvəlində Dario Federiko ilə mübahisəniz oldu. Ona hansısa cəza veriləcək?
-Normal haldır. Oyun zamanı məşqçi və futbolçular danışır. Mübahisə etməmişik. Ciddi bir şey olsaydı, onu dərhal əvəzləyərdim.

-Rəhman Hacıyevin oyunu sizi nə dərəcədə qane edir?
-Onun oyunundan tam razı qaldım. Qol da vura bilərdi.

-Paratskinin yoxluğunda komanda daha çox hücum edir. Bunda da Rəhman Hacıyevin böyük rolu var. Paratski zədəsini sağaltdıqdan sonra da Rəhmana şans verəcəksiz?
-Bizim böyük kollektivimiz var. Hər an dəyişiklik edə bilərik. Hər oyunda fərqli seçimlər edirik. Hər iki oyunçu fərdi keyfiyyətlərə sahibdir. Komandada dəyişən nəsə yoxdur.

-Növbəti turda rəqibiniz dünən “Qarabağ”dan xal alan “Sabah”dır. Petrovun olmaması sizə problem yaradacaq?

-Siz hardan bilirsiz ki, Petrov gələn oyun olmayacaq? Təhlillərimizi aparacağıq. Bu gün əvəzetmədən oyuna daxil etdiyim futbolçular da kifayət qədər yaxşı oynadılar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here