"El-Klasiko"nun vaxtı açıqlandı

İspaniya La Liqasının 10-cu turundan təxirə salınan "Barselona" - "Real" oyununun keçiriləcəyi vaxt açıqlanıb.

https://peyk.az

Peyk.az xəbər verir ki, "Nou Kamp"da keçiriləcək "El Klasiko" dekabrın 18-i Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Kataloniyadakı etiraz aksiyaları səbəbindən oktyabrın 26-da baş tutmalı olan  qarşılaşma təxirə salınmışdı.