Elariz Məmmədoğlu Amerikadakı biznesindən danışdı — MÜSAHİBƏ

"Ölkə.Az" xəbər verir ki, sənət fəaliyyəti ilə yanaşı Nyu-Yorkda dönərxana açan müğənni Yenisabah.az-ın suallarını cavablandırıb:

Elariz Məmmədoğlu Amerikadakı biznesindən danışdı — MÜSAHİBƏ

;- Vətəndən çox-çox uzaqlarda yazıb-yaratmaq çətin deyil ki? Elariz Məmmədoğlu qərib eldə nədən və yaxud kimdən ilhamlanır? ;

- Vətəndən uzaqlarda yazıb-yaratmaq mümkündür. Məsələn, bəstəçi Sergey Raxmaninov da Amerikada yazıb-yaradırdı. Hər şey incəsənət adamının professionallığından asılıdır. ;

- Bakı üçün darıxırsınızmı? Azərbaycan yadınıza düşəndə özünüzü necə ovundurursunuz? ;

- Bakı və Azərbaycan üçün darıxıram. Azərbaycan yadıma düşəndə ya musiqi dinləyirəm, ya da köhnə dostları arayıram. ;

- Geriyə dönməyi, yenidən Azərbaycanda yaşayıb-yaratmağı düşünürsünüzmü? ;

- Mənim istədiyim vaxt Bakıya gəlmək iznim var. İndi çox gözəl zamandır. ;

- Elariz bəy, sənət dostlarınızın, azərbaycanlı həmkarlarınızın fəaliyyətini izləyirsinizmi? Azərbaycanlı müğənnilərin repertuarı, ifa tərzi sizi qane edirmi? ;

- Əlbəttə, sənət dostlarımın fəaliyyətini izləyirəm. Bəzilərinin repertuarı məni qane edir, bəzilərininki isə etmir, amma hər kəs öz işini daha yaxşı bilir. Görünür, belə lazımdır. İfa tərzi isə rəngarəng olmalıdır. Müğənnilər bir-birini təqlid etməməlidirlər. Əksər müğənnilərimizi bəyənirəm. Bəzilərinin ifa tərzi düzgün olmadığına görə sevmirəm. ;

- ABŞ-dakı işinizdən razısınızmı? Biznesdə uğur qazana bildinizmi?

;- Azərbaycanda da, ABŞ-da da işimdən razıyam. Biznesdə uğurum var. Konsertlər, toylar, banketlər və restoran işi vaxtaşırı olur (koronavirusa qədər). Lakin hər şey yaxşı olacaq. (Everything will be fine!)