Elçin Əlibəyli onu döyən idmançı ilə barışdı

İki gündür sosial şəbəkələrdə aparıcı Elçin Əlibəylinin Namiq Abdullayevin qardaşı tərəfindən döyülməsi müzakirə edilir. 

Elçin Əlibəyli onu döyən idmançı ilə barışdı
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki,  Elibəyli onu döyən qonşusu ilə barışıb. Aparıcı bu barədə status yazıb. 
Əziz həmkarlar, ziyalılar və mənə dəyər verib, çətin anımda yanımda olan dostlar! Gün ərzində sizin dəstəyinizi və diqqətinizi hiss etdim! Buna görə xüsusi təşəkkür! Yazdığım statutsa DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü. Bakı Şəhəri Baş Polis İdarəsini rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis şöbəsinin rəsi, polvoknik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdulər. Bira daha əmin oldum ki, Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir. Qonşumla ola mübahisədə məhz polislərin iradəsi iə razılıq əldə edib, barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir!. Sizə, əziz feysbuk dostlarım və mətbuatda çalışan həmkarlarım mənə göstərdiyiniz qayğıya görə təşəkkür edib, ehtiramla önünüzdə baş əyirəm!