Elm dünyasından Nuhun gəmisi ilə bağlı ŞOK AÇIQLAMA

Elm dünyasından Nuhun gəmisi ilə bağlı ŞOK AÇIQLAMA

Okean üzrə alimlər apardıqları araşdırmalar nəticəsində Nuhun gəmisi ilə bağlı maraqlı faktlara rast gəliblər. Sonxeber.az-ın məlumatına əsasən, alimlər Qara dəniz sahillərində eramızdan əvvəl 400-cü illərə aid ən azı 60 gəminin qalıntılarını aşkar ediblər. Alimlər bu qalıqların Nuhun gəmisinin harada olması ilə bağlı detallara sahib ola biləcəyini açıqlayıblar.
Paralel olaraq isə Ağrı dağda alimlər araşdırma aparırlar. "Black Sea Maritime Archaeology Project"çərçivəsində çalışan alimlərin Qara dənizlə bağlı araşdırması İngiltərənin "Daily Star" qəzetində yayımlanıb. Məlumata əsasən, 300 metr dərinlikdəki gəmi qalıqları oksigenin az olması səbəbindən yaxşı qalıb. Gəminin bəzi hissələri çürüməyib.
Hazırda araşdırmalar davam edir və alimlər nəticəyə əsasən açıqlama verəcəklər.