Elmar Qasımov gümüş medal qazandı

Yaponiyanın Osaka şəhərində cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçirilib.

Elmar Qasımov gümüş medal qazandı
https://peyk.az

Yarışda 86 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparıblar.

Peyk.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, kişilərin mübarizəsində 100 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala çıxıb.

Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz nüfuzlu yarışın gümüş medalını qazanıb.

Qeyd edək ki, 481 cüdoçunun qatıldığı Osaka turnirində Azərbaycan 13 idmançı ilə təmsil olunub.