“Elnarənin 500 manatına ehtiyacım yoxdur” — VİDEO

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov ;“ATV Maqazin 10larla” proqramında iki il əvvəl toyuna gəlib, gəlini görməmiş məclisi tərk edən ;həmkarı Elnarə Xəlilova barədə verdiyi müsahibəsində deyib.

“Elnarənin 500 manatına ehtiyacım yoxdur” — VİDEO

Xanım həmkarının toyunu yarımçıq tərk etdiyinə qəzəblənən Yaşar iki ildən sonra od püskürüb:

“Gərək Elnarə o sözləri deməzdi. Toyuma gəlməyə bilərdi. “Bu məsələyə görə toyuna gəlmirəm” mesajını yaza bilərdi. Elnarənin də, ;mənim də 100 və ya 500 manata ehtiyacımız yoxdur. Bu söhbətdən sonra bir-birimizlə danışmamışıq. Onun zəngini gözləmirəm, mən də zəng etmirəm. Nə zamansa üz-üzə gələcəyik. Görüşəndə istəmirəm ki, bu söhbəti yenidən açsın. Oldu, keçdi”.

Müğənni toyuna çağırdığı həmkarlarından gileylənib, iç üzlərini açıb, efir vasitəsi ilə onları rüsvay etdi:

“Kim məni toyuna, məclisinə çağırıbsa, ;hamısında iştirak etmişəm. Onları toyuma dəvət edəndə ;“gəlirəm” sözünü elə söylədilər ki, sanki bunlardan borc istəmişəm. Siyahıda 750 qonağın ;adı ;var idi. Amma 350 nəfəri toyuma dəvət etdim. 350 nəfərdən cəmi 270 qonaq gəldi. Digərləri gəlmədi.

Şou əhlinin üzvlərindən biri toya pul saldığı konvertin üzərinə yazıb: ;“Bu nə deməkdir, toyda bəyin valideynləri və gəlini yoxdur?” Sən toya Yaşara görə gəlmisən, gəlinə görə yox.

Elnarənin açıqlamalarından sonra konvertləri bir-bir açıb görürəm ki, sənət yoldaşlarım ürək sözlərini yazıb. Fərda Xudaverdiyev “çalış xoşbəxt ol”, Rüfət Axundov isə “Ac getdim” sözlərini yazmışdı. Yəqin toyda Rüfətin ağız dadına uyğun yemək olmayıb. Pulun miqdarını yazıb, adını yazmayanlar, adını yazıb, pul qoymayanlar da var idi”.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “5-də 5” proqramında qonaq olarkən deyib.

Sənətçi ailəsindən söhbət açaraq, həyat yoldaşı Ədalət Hacıyevlə çətin günlər yaşadığını qeyd edib: “Ədalət müəllimlə bir-birimizə çox bənzəyirik.1985-ci ildə tanış olmuşuq, o vaxtdan bu yana əl-ələ davam etmişik. Pulsuz anlarımız olub.

O vaxtlar paketin içində preslənmiş beş ədəd sosiska satırdılar. Onu ancaq uşağımıza verirdik, biz yemirdik. Çünki ev almışdıq, onu ödəməyə çalışırdıq. Çətinlik hər bir ailədə olub. Gənc ailə idik, hərc-mərclik zamanında yaşayırdıq. Yoldaşım Rus Dram Teatrının direktor müavini vəzifəsində çalışırdı. O dövrdə heç fikir vermirdi”.

Xalq artisti daha sonra “bu sənətdən uzaqlaşmaq istəmisiniz?” sualına belə rəy verib: ;“İndiki vaxtda ağzına gələni danışan, şər-böhtan var. Hər interneti olanın əlində televiziyası var. Orada da senzura yox. Tərbiyəni insan evdə almalıdır. Əgər yoxdursa, biz o tərbiyəni verə bilmərik. Bəzən bunları görüb düşünürəm ki, bəlkə daha oxumayım.

Amma bunun müqabilində musiqini sevən tamaşaçı var. Onlar üçün yaşamağa dəyər. Fikirləşirəm ki, həyatımızın mənası oldu. Nəsə edə bildik bu həyatda”.

Ölkə.Az

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramına verdiyi müsahibədə deyib.

Xalqın sevilən sənətkarı qisasçı olduğunu bildirib:

“Şirin dilə, komplimentə inanma. Səni söyəni sona kimi qov, divara dirə. Bir sözlə, əgər onları cəmləşdirsəm, belə çıxır ki, qisas alanam. Bəli, bu belədir”

F.Kərimova həmkarlarına dayaq olduğunu söyləyib:

“Müğənnilərə arxayam. Heç kimi qapımdan peşman qaytarmamağa çalışmışam. Elə adamlar olub ki, yalan danışıblar. Elə adamlar olub ki, hər şeydən keçib, mənəviyyat deyilən sözün fərqinə, çəkisinə varmayaraq gözünü yumub, ağızlarını açıblar”.

“Çörəyimin duzu yoxdur” deyən Xalq artisti xoşbəxt ana olduğunu söyləyib:

“Lakin əlimin duzu ilə böyüyən övladlarım var. İndi mənə sual verəndə ki, “xoşbəxtsiniz?” deyirəm ki, ana kimi xoşbəxtəm, lakin bir vətəndaş kimi sınığam”.

Taleyinin üzünə gülməyən zamanların ;olduğunu ;bildirən 79 yaşlı F.Kərimova gündəmdə qalmaq üçün hətta abırından keçən sənətçilərin olduğunu söyləyib:

“Məni heç kim və heç nəyi ilə təəccübləndirə bilməz. Taleyimin qapazlı zamanı da olub, toy-büsatlı dönəmi də. Tamaşaçım yox, millətim var. O millətim isə arxamda durur. Mənə biz söz deyiləndə ;millət cavab verir.

Gündəmdə qalmağın yolları çoxdur: abırlı, abırsız, mənəviyyatsız, şəxsiyyətini qoruyan. O, insanın təbiətindən asılıdır”.