Elon Mask 6-cı elektromobil modelini təqdim etdi- QİYMƏTİ

Los Ancelesdə keçirilmiş təqdimat tədbiri çərçivəsində Elon Mask Tesla şirkətinin 6-cı elektromobil modelini təqdim edib. biznes xəbərləri siyasi xeberler

Elon Mask 6-cı elektromobil modelini təqdim etdi- QİYMƏTİ
https://peyk.az

Peyk.az xəbər verir ki, bu şirkətin ilk pikap modelidir.

Beləliklə, şirkətin ilk pikap modeli Tesla Cybertruck adlanır. Maskın əvvəlcədən də söz verdiyi kimi Cybertruck futuristik dizayna sahibdir və bu dizayn heç də hamı üçün deyil. Pikapın dizaynı üçbucaq və trapesiya kimi həndəsi fiqurların birləşməsini xatırladır və “Blade Runner” kimi filmlərdən ilhamlanıb.

Tesla Cybertruck 3 versiyada təqdim olunur və onlar öz aralarında mühərriklər ilə fərqlənirlər. Cybertruck-ın ilkin modeli bir ədəd mühərrik ilə təchiz olunur və həmin mühərrik arxa hissədə yerləşir. Onun qiyməti 39.900$ təşkil edir və bir dəfə şarj olunandan sonra həmin model 400 km yol qət edə bilir.

İki mühərrikə və hər bir təkər ilə sürətlənmək özəlliyinə sahib modelin qiyməti 49.900$ təşkil edir. Bu model bir dəfə şarj olunandan sonra 480 km yol qətt edə bilir. Ən bahalı üçüncü model isə 3 ədəd mühərrik ilə təchiz olunub və bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə bilir. Bu modelin qiyməti isə 69.900$ təşkil edir. Üçüncü modeldə mühərriklərin necə yerləşdirilməsi barəsində Mask heç bir məlumat verməyib. Lakin çox güman ki, arxa təkərlərdən hər biri öz mühərrikinə sahib olacaq. Üçüncü mühərrik isə ön hissədə yerləşdiriləcək.

Birinci model saatda 100 km sürəti 6.5 saniyəyə, ikinci model 4.5 saniyəyə, üçüncü model isə 2.9 saniyəyə yığır. Hər 3 model sürücüyə dəstək üçün nəzərdə tutulmuş Autopilot proqram təminatına sahib olacaq. Elektromobillərin tam avtonom rejimdə idarəsi üçün isə əlavə olaraq 7000$ ödəmək lazım gələcək. Cybertruck bir sıra qeyri adi, lakin faydalı özəlliklərə sahibdir. Belə ki, Cybertruck-ın gövdəsi 220 və 110 voltluq enerji girişinə və elektromobili elektrostansiyaya çevirən elektrogeneratora sahibdir.

Mask söz verib ki, Cybertruck gülləyə davamlı olacaq. Lakin təqdimat zamanı bu məsələ ilə bağlı maraqlı bir məqam yaşanıb. Belə ki, təqdimat çərçivəsində Cybertruck-ın kənar şüşələri dəmir kürənin zərbəsinə dözməyiblər. Musk isə buna təəccüblənib. Cybertruck-ın təqdimatı SpaceX şirkətinin ərazisində keçirilib.

Mask bildirib ki, pikapın gövdəsi SpaceX-in raketlərinin gövdələrində istifadə olunan eyni metal materialdan hazırlanıb. Tesla üçün pikap modelinin satışa çıxarılması iqtisadi nöqteyi nəzərdən çox vacibdir. Belə ki, ABŞ-da hər il 3 milyon pikap modelləri satılır. Bu isə avtomobil bazarının 15%-ni təşkil edir. Cybertruck-ın irimiqyaslı istehsalına 2021-ci ilin sonunda start veriləcək. Lakin Tesla-nın saytında elektromobili artıq ön sifariş etmək mümkündür.