Home İdman Elşad Əhmədov: Çempionata başlayanda məqsədimiz yox idi

Elşad Əhmədov: Çempionata başlayanda məqsədimiz yox idi

218
0

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Peyk.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 1:1 hesablı heç-heçə etdikləri matçdan sonrakı mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:

– Bütün oyuna rəqib diqtə etdi. Oyundan razı deyiləm. Əks-hücumlarda iştirak etmək istəyirdik. “Qarabağ”a qarşı oynamaq bizə çətin idi. Bu hesab bizim üçün qələbəyə bərabərdi.

– Hazırkı durumunuz nəyə imkan verir? Çempionatda məqsədiniz nədir?
– Çempionata başlayanda məqsədimiz yox idi. Yaxşı başladıq, 9 xal qazandıq. Hər kəs daha çoxunu istədi. Amma mən onda da deyirdim ki, bəlkə bir az sakitləşək? Bu gün müdafiədən razıyam, canlarını qoydular.

– Çempionatdakı hansı klubla istəklərinizi reallaşdıra bilərsiz? 
– İstədiyim heyət, futbol bu deyil. Amma istədiyim deyil deyə qoyub qaça bilmərik.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here