Home Şou-Biznes ELZA KƏRIMI DÖYMƏKLƏ HƏDƏLƏYIB: “MƏHKƏMƏDƏ GÖRÜŞƏRIK”

ELZA KƏRIMI DÖYMƏKLƏ HƏDƏLƏYIB: “MƏHKƏMƏDƏ GÖRÜŞƏRIK”

243
0
peyk.az

Əməkdar artist Elza Seyidcahan müğənni Kərim Abbasovu döydürməklə hədələyib.

Peyk.az xəbər verir ki, bu barədə Kərim “İnstagram” hesabında məlumat verib.

“Sizə Elzanın məni döydürməklə hədələməsindən danışım. Fikirləşin ki, qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam. Yanımda da Allah şahidi iki müğənni var idi. Elza xala, (əslində nənəsən) məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, məni döydürmək hətta sənin əjdadının başı üçün deyil.

Səninlə qanun qarşısında görüşərik. Görüm, sən kimsən ki, məni döydürürsən. Azərbaycanda yaşayırsan və qanunları düşün. Sonra başına nələr gələ bilər. Bu sənin üçün “xa-xa” oxumaq, ya da ki, itlərə konsert vermək deyil. Səni Rasim Balayev kimi sənətkar yudu, sərdi. Yerində olsam, efirlərə çıxmazdım. Ona görə ki, Rasim Balayevi indiyə qədər belə əsəbi görməmişdim. Elza, mən sənin girdiyin kol deyiləm. Get başqa yerdə oyna. Bir daha deyirəm, bir az “xod”unu al. Yoxsa müvafiq orqanlar sənin “xod”unu alarlar”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here