Ermənilər və PKK-nın xain Türkiyə planı… – Şok iddia

Ermənilər və PKK-nın xain Türkiyə planı… – Şok iddia

“Suriya erməniləri silahlı dəstələr təşkil edərək xüsusi batalyon yaradıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Suriya erməniləri ilə bağlı fikirlərinə münasibət bildirib:

“Paşinyan “Kommersant”a müsahibəsində Qamışlıda (Suriya-Türkiyyə sərhəddinin yaxınlığında yerləşən qəsəbədə) yaşayan ermənilərin təhlükəsizliyindən danışıb. Müsahibədə deyib ki, rəsmi İrəvan Rusiya ilə razılığa gəlib ki, burada yaşayan əhalinin təhlükəsizliyini Rusiya öz boynuna alacaq.

Ancaq Paşinyan yadından çıxarır ki, burada yaşayan ermənilər silahlı dəstələr təşkil edərək, xüsusi bir batalyon yaradıblar. Həmin batalyonun PKK/PYD döyüşçüləri də koordinasiyalı fəaliyyətdə olması haqda məlumatlar var. Yəni, Suriyanın şimalında ermənilərin iştirakı ilə hərbi infrastruktur yaradılır və bu infrastrukturun yaradılmasında Ermənistanın da əli ola bilər. Həqiqət bundan ibarətdir ki, Ermənistan Türkiyə qarşı fəaliyyətini davam etdirir və bu fəaliyyətdə Suriya ermənilərinin rolu getdikcə genişlənə bilər”.