Home Xarici Ermənistan ordusunda müstəntiqlər “at oynadır”

Ermənistan ordusunda müstəntiqlər “at oynadır”

110
0

Moskvada həkim kimi aspiranturada təhsil almış və Ermənistan ordusunda hərbi xidmət keçmək üçün könüllü təqdim olunan şəxsə qarşı fərarilik maddəsi ilə cinayət işi açılıb.

PEYK.Az ordu.az-a istinadən xəbər verir ki, bu barədə həbs edilən gəncin atası Paşinyana yazdığı şikayət məktubunda bildirib.

Fərarilikdə ittiham olunan erməni gəncin atası, məsələnin həll edilməsinə köməklik göstərilməsi məqsədilə açıq məktubla Nikol Paşinyana müraciət edib.

O, məktubunda bildirib ki, ailəsi ilə birlikdə Ximik şəhərində yaşayırlar və dekabrın 9-da keçirilən seçkilərdə iştirak etmək üçün Ermənistana gəliblər.

Oğlu, Harutyun Ağasyan Ermənistan tərəfindən Moskvaya aspirant olaraq göndərilib. Aspiranturanı bitirdikdən sonra könüllü olaraq Ermənistan ordusunda xidmət etmək üçün təqdim olunub. O, həkim ixtisası üzrə hərbi xidmət etmək arzusunda olsa da, onu peşəsinə uyğun yox, başqa ixtisasa təyin ediblər.

Ailəsi ilə vidalaşmaq üçün Moskvaya qayıtdıqda əsaslı səbəblərdən bir neçə gün geçikməsi barədə Ermənistanın Rusiyadakı səfirliyinə məlumat verib. Bu müddət ərzində hərbi prokurorluq ona hərbi xidmətdən yayınma ittihamı üzrə cinayət işi açıb.

“Cinayət işinin icraatını həyata keçirən müstəntiq və onun rəisi inqilabdan əvvəlki köhnə anlayışda qalaraq işin icrasına başlamırlar. Serj Sarkisyan hakimiyyəti dövrünün qalıqlarından olan müstəntiq onu ailəsi ilə birlikdə Ermənistandan qovduğunu deyir. Qayıtmaq istəsələr də buna Serj Sarkisyan cəhənnəmi və müstəntiqin davranışı imkan vermir. Hazırda bilmirəm sizə, yoxsa reallığa inanım”, – deyə gəncin atası Paşinyana məktubunda şikayətlənib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here