Ermənistan yeni işğal üçün müharibəyə hazırlaşır — Millət vəkilindən ŞOK XƏBƏRDARLIQ

"Ölkə.Az" xəbər verir ki, bunu ; açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Ermənistan yeni işğal üçün müharibəyə hazırlaşır — Millət vəkilindən ŞOK XƏBƏRDARLIQ

Onun fikrincə, Rusiya həmişə Ermənistanı öz ordusu kimi silah-sursatla təmin edib.

;

“Ermənistan silahlı qüvvələri artıq Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir. Rusiya Ermənistanı kifayət qədər silahla təmin edib. Bunu yalnız indi deyil, həmişə öz qoşunlarına etdiyi kimi edir”, - partiya sədri vurğulayıb.

A.Mollazadə bildirib ki, Ermənistan hər vaxt qoşunların təmas xəttində təxribatlar törədir və bunu davam etdirməkdə maraqlıdır: “Ermənistan müharibəni yenidən başlamaq və işğal etdiyi əraziləri genişləndirmək istəyir. Düşünürəm ki, dövlətimizin keşiyində duran Azərbaycan Ordusu da bu təxribatlara cavab verməyə tam hazırdır. Cavabımız elə ağır olacaq ki, Ermənistan tərəfi bunu çətin unuda bilsin”.

Hərbi ekspert ;Ramil Məmmədli ;isə hesab edir ki, iqtisadi imkanlarını, daxili siyasi vəziyyətini analiz etdikdə birmənalı şəkildə Ermənistanın müharibə edəcək gücdə olmadığı üzə çıxır:

“Təbii ki, ermənilər adətləri üzrə təxribat xarakterli əməliyyatlar keçirə bilərlər. Əgər belə bir cəhd olarsa, əlbəttə ki, Azərbaycan Ordusu bunun qarşısını almağa və əks-hücumla Ermənistan ordusunu yerində oturtmağa qadirdir. İnanmıram ki, Ermənistanın hazırkı ;hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprelində baş verənləri yenidən yaşamaq istəsinlər. Onların ordusunun şəxsi heyətinin sayını, texniki imkanlarını Azərbaycan Ordusu ilə müqayisə edəndə, işğalçı ölkənin yenidən müharibəyə başlamasının mümkün olmadığı aydın olur”.

R.Məmmədlinin fikrincə, müharibəni başlayan ölkənin maliyyə imkanları güclü olmalıdır: “Bununla yanaşı, daxili siyasi sabitliyi olmalıdır. Ermənistanda isə nə iqtisadiyyat güclüdür, nə də daxili siyasi vəziyyətləri sabitdir. Sadə bir nümunə deyim: texniki təchizat vasitələri istisna olmaqla, müharibədə döyüşə göndərilən hər bir əsgərin üzərindəki silah-sursat və geyiminin məbləği 10-20 min ABŞ dolları arasında dəyişir. Ermənistanın şəxsi heyətini bu formada geyindirib hücuma göndərməyə gücü çatmaz”.

Qeyd edək ki, Gürcüstan mətbuatı ;Rusiyanın Ermənistana növbəti dəfə külli miqdarda silah-sursat göndərdiyini yazıb. Belə ki, hərbi mənbələr son günlər Rusiyanın mülki hava xəttlərindən istifadə edərək Ermənistana silahlar, həmçinin “Qrad” reaktiv-yaylım atəşi sistemləri çatdırdığını bildirir.

Mənbə silahların Ermənistana İran hava məkanından istifadə edərək gizlin çatdırıldığını bildirib. report