Ermənistanda hərbidən yayınmağın “unikal” üsulu: Saxta koronavirus arayışı alırlar - FOTO

Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi çağırışçılara saxta COVID-19 arayışı verən həkimi həbs edib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Ermənistandan hərbi çağırışçılar koronavirus xəstəsi olmaqla bağlı saxta arayış alaraq hərbidən yayınılar. Bu barədə ermənilər özləri sosial şəbəkələrdə etdikləri paylaşımlarda bildirirdilər. Ermənilər...

Ermənistanda hərbidən yayınmağın “unikal” üsulu: Saxta koronavirus arayışı alırlar - FOTO

Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi çağırışçılara saxta COVID-19 arayışı verən həkimi həbs edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Ermənistandan hərbi çağırışçılar koronavirus xəstəsi olmaqla bağlı saxta arayış alaraq hərbidən yayınılar.

Bu barədə ermənilər özləri sosial şəbəkələrdə etdikləri paylaşımlarda bildirirdilər. Ermənilər bunu onunla əsaslandırırlar ki, cəbhəyə gedib qurban olmaq istəmirlər.

Ermənistanda saxta COVID-19 arayışı isə 1000-2000 dollar arası qiymətə əldə olunur.

Qeyd edək ki, son günlər Ermənistanda yeni növ koronavirusa (COVID-19) gündəlik yoluxma sayı 2500-ə qədər yüksəlib.