Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda son sutka ərzində daha 428 nəfərdə koronavirus aşkarlanıb, 10 pasiyent vəfat edib. “Peyk.AZ” bildirir ki, bu barədə “worldometers.info

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda son sutka ərzində daha 428 nəfərdə koronavirus aşkarlanıb, 10 pasiyent vəfat edib. “Peyk.AZ” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 14 103-ə, bu virusdan ölənlərin sayı isə 227-yə yüksəlib.

Bundan əlavə, indiyədək 5 226 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 8 650 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.