Ermənistanda yoluxma sayı 12 mini keçdi

Ermənistanda 24 saat ərzində 547 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər vəfat edib. “Peyk.AZ” xəbər verir ki, statistikanı ölkənin Səhiyyə Nazi

Ermənistanda yoluxma sayı 12 mini keçdi

Ermənistanda 24 saat ərzində 547 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər vəfat edib.

“Peyk.AZ” xəbər verir ki, statistikanı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilir ki, COVID-19 virusuna yoluxanların sayı artıq 12 364-ə çatıb. Ümumilikdə ölüm halı 190-dır. 

Qeyd edək ki, hazırda Ermənistanda 8 385 aktiv koronavirus xəstəsi var.