"EuroHome"dakı yanğın zamanı oğurluq oldu, 3 nəfər saxlanıldı

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

https://peyk.az

Bakı şəhəri, Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində baş verən yanğın davam edərkən oğurluq hadisəsi baş verib.

Oğurluğa görə 3 nəfər saxlanılıb.

Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Tikinti materiallarının yanğından mümkün qədər mühafizəsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin ərazidəki müvafiq qüvvələri səfərbər olunub.

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə artıq 5 həkim briqadası cəlb olunub, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.