Eyni maskanı dəfələrlə taxdı, həkimlik oldu

Aktrisa Esra Akkaya koronavirusdan qorunmaq üçün eyni maskanı bir neçə dəfə istifadə edib. “Peyk.AZ” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o,

Eyni maskanı dəfələrlə taxdı, həkimlik oldu

Aktrisa Esra Akkaya koronavirusdan qorunmaq üçün eyni maskanı bir neçə dəfə istifadə edib.

“Peyk.AZ” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, bu səbəbdən gözündə ciddi problemlərin yarandığını qeyd edib.

“Gözyaşı yolu iltihabı olmuşam. Çox qəribə bir şeydir, maskadan yaranan xəstəlikdir. Etiraf edirəm, bir maskadan dəfələrlə istifadə etmişəm. Yəni burundan gözyaşı yoluna bir çox bakteriyalar gedə bilər. Ağlıma belə gəlməzdi. Siz diqqətli olun”, - deyə aktrisa instaqramda bildirib.