Fədayə Laçın həbsdə yaşadıqlarından ilk dəfə danışdı

Həbsdən çıxan Fədayə Laçın etiraf etdi: “Həyat yoldaşım da atam kimi getdi, gəlmədi”

Fədayə Laçın həbsdə yaşadıqlarından ilk dəfə danışdı
https://peyk.az

“2017-ci ildə həbsə düşdüm, həyatım film kimi idi”.

Peyk.az xəbər verir ki, bu sözləri “Ay Zaur” verilişində müğənni Fədayə Laçın həbs həyatından danışarkən deyib.

O, aparıcının “Çox insanlar sosial şəbəkədə sizin fotonuzu paylaşanları qınadı ki, Fədayə Laçın nə edib, toy-bayram edirsiniz?”sualına belə cavab verib: “Mən deməzdim ki, qəhrəmanlıq etmişəm. Amma atdığım o addımı görüm məni qınayanlar atsın... Keçdiyim yollar asan deyildi. Hər kişinin qızının addımı deyildi ki, o əzab-əziyyətə dözsün, sınmasın.

Sözüm qınayanlaradır. Məni kameraya salanda dəmir qapın bağlananda mahnı oxudum. Altı nəfərlə kamerada, üç il havasız otaq şəraitində oldum. Məhkəməyə gedəndə yaxınlarımız görüşümüzə gələndə kamerdan çıxırdım. Sonra otağa gətirirdilər.

Azadlıq gözəldir. Allah cəmi dustaqların qapısını açsın. Ümumi yaşayışı görütəndə orada da çətinlik olmadı, hər kəsə hörmət bəslədim, belə də qarşılandım”.

Fədayə Laçın keçmiş həyat yoldaşı ilə münasibətindən də danışıb: “Onunla 1992-ci ildə evləndim, 94-cü ildə oğlum dünyaya gəldi. Evliliyimiz üç il davam etdi və o, Rusiyaya getdi, qayıtmadı.

Oğlum atasıyla görüşür. Artıq Bakıda yaşayır, başqa xanımla evlənib. Hər ikimizdə günah var idi. Mən öz xasiyyətlərim ucbatından xoşbəxt ola bilmirəm”.

Fədayə Laçın atasının onu anabətnində olarkən anasından ayrıldığını da etiraf edib: “Anamla atam kəntdə evləniblər. Atam Bakıya təhsil almağa gəlir və qəşəng həyatı, qızları görür və oraya dönmür. Da neyniyir, kənd qızını!”