Fədayə Laçının bacısı Tacirə söz atdı: “Yaxşı müəllimlik edib, Fədayə həbsdədir…”

Fədayə Laçının bacısı Tacirə söz atdı: “Yaxşı müəllimlik edib, Fədayə həbsdədir…”
https://www.peyk.az

Həbsdə olan müğənni Fədayə Laçının bacısı, müğənni İlahə Fəda “Hər şey daxil” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, İlahə Fəda bacısı ilə münasibətinin soyuq olması xəbərlərinə aydınlıq gətirib: “Qətiyyən elə bir məsələ yoxdur. Biz dörd bacıyıq və çox mehribanıq. Sadəcə aramızda müyyən pərdə var. Bu ailə tərbiyəmizdən irəli gəlir.

Mən Fədayəyə yaxın olmaq istəyirdim. İki dəfə onu istintaqa çağırıb dindirmişdilər. Fədayə narahat olmayaq deyə bizə bildirməmişdi. Anam da xəstədir. Üçüncü dəfə onu həbs etmişdilər. Ona görə də onun həbs ediləcəyindən xəbərim olmayıb”.

İfaçı efirdə Fədayə Laçının duet ortağı olan Tacir Şahmalıoğlunun “Mən Fədaya Laçının müəllimi olmuşam” sözünə etirazını bildirib: “Yaxşı müəllimlik eləmisən ki, indi Fədaya Laçın həbsdədir”.

İlahə Fəda bacısının ailəsinə maddi kömək edən məşhurların adlarını açıqlayıb: “Manaf Ağayev, Ədalət Şükürov, Brilliant Dadaşova, Xəyyam Nisanov, Rəqsanə İsmayılova evimizə gəliblər, anama dəstək olublar. Toylarda Fədaya ilə duet oxuyanlar isə zəng də etmədilər. Amma mən incimirəm”.