Home Mədəniyyət Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası təşkil edilib

Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası təşkil edilib

148
0

Dekabrın 27-də paytaxtın Fəvvarələr meydanında növbəti ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası təşkil olunub.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, artıq altı ildir təşkil olunan xeyriyyə yarmarkası “Nargis” Fondunun və 106.3 FM-in təşəbbüsü ilə keçirilir. Yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək.

Yarmarkada quraşdırılmış kiçik taxta köşklərdə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına suvenirlər, geyimlər, şirniyyatlar, ətriyyatlar, kitablar, oyuncaqlar, yolka bəzəkləri və s. təklif olunur.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına sərf ediləcək. Xeyriyyə yarmarkasında şəhərimizin sakinlərini və qonaqlarını həm də müxtəlif əyləncələr, viktorinalar, yarışlar, bir sözlə, gözəl əyləncəli günlər gözləyir. Yarmarkada, eyni zamanda, Azərbaycan və dünya mətbəxinin ləziz təamlarından dadmaq imkanı da var.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası balacadan tutmuş böyüyə qədər hər kəsin, eləcə də paytaxtımıza gələn turistlərin marağına səbəb olur. Burada qurulmuş səhnədə qonaqlara əsl şou və əyləncə təqdim edilir.

Bugünkü konsertdə Murad Arif, Natəvan Həbibi, Rauf və digər musiqiçilər səhnə alaraq tamaşaçılara əsl Yeni il əyləncəsi təqdim ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here