FED faiz azaldıması olarsa, bazarları nə gözləyir?

FED növbəti faiz endirimləri ilə bağlı fikirlər səsləndirməsələr, qlobal bazarlarda uzunmüddətli perspektivdə dollarda ucuzlaşma ehtimalları arta bilər.

FED faiz azaldıması olarsa, bazarları nə gözləyir?
https://peyk.az

Bu gün Bakı vaxtı ilə saat 22:00-da FED faiz dərəcəsini açıqlayacaq. Son günlər baş verən neft krizi də ABŞ-da faiz enişi ehtimallarını azaldır. Faiz dərəcəsi ilə bağlı bazar iştirakçılarını iki mühüm sual düşündürür. Birincisi, FED faiz enişi edəcək, ikincisi isə FED rəsmiləri növbəti faiz enişləri ilə bağlı fikir səsləndirəcəkmi? 

0.25%-lik faiz azaldılmasını əksər bazar iştirakçıları ehtimal verdiyi üçün xəbərin kəskin dinamika yaradacağı gözlənilmir. Faiz dərəcəsini azaldacaqları halda isə bu addımı  iqtisadiyyata dəstək məqsədi atdıqlarını izah etməyə çalışacaqlar. 

Bununla yanaşı, növbəti faiz endirimləri ilə bağlı fikirlər səsləndirməsələr, investorların fikirləri qarışa bilər və nəticədə dolların qlobal bazarlarda uzunmüddətli zaman kəsiyində ucuzlaşma ehtimallarını görə bilərik.