"Fernandeşlə Ronaldonu müqayisə etmək düzgün deyil" - Sulşer

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer komandanın yeni transferi Bruno Fernandeş haqda danışıb.

https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis 25 yaşlı müdafiəçinin oyun üslubunun Pol Skoulzun oyununa bənzədiyini vurğulayıb: "Kriştiano unikal futbolçudur. Ümid edirik ki, Bruno "Mançester Yunayted"də fantastik bir karyeraya sahib olacaq. Amma onu Ronaldo ilə müqayisə etmək düzgün deyil. Fernandeşin oyun üslubu Pol Skoulzun oyununa yaxındır. Çox yüksək texnikaya malikdir. O, Skoulzla eyni tip oyunçudur. Həvəslidir və topu itirməyə nifrət edir. Əsas heyətdə öz yerini tapması üçün ona vaxt verəcəyik".

Qeyd edək ki, B.Fernandeş "Mançester Yunayted"ə 55 milyon avro qarşılığında "Sportinq"dən transfer olunub.