Fırıldaqçı falçı yaşlı qadının “cadu”sunu təmizləyib, onu soydu

“Ölkə.Az” xəbər verir ki, dələduz falçı, küçədə 80 yaşlı qadına yaxınlaşaraq ona “cadu” olunduğunu deyib. Fırıldaqçı, tezliklə bu lənət götürülmədiyi təqdirdə qadının öləcəyini deyərək öz “xidmətini” ona təklif edib. Bu zaman onlara digər bir qadın da yaxınlaşaraq, falçıya onun “cadu”sunu təmizlədiyinə görə ölümdən döndüyü üçün təşəkkür edib. Bundan sonra 80 yaşlı təqaüdçü bunların həqiqət olduğuna inanaraq, “cadu”nun təmizlənməsi üçün dələduz falçıya 370000 rubl (təxmini 9000 AZN) verib.

Fırıldaqçı falçı yaşlı qadının “cadu”sunu təmizləyib, onu soydu

Daha sonra aldadıldığını başa düşən yaşlı qadın polisə şikayət edib. Şübhəlilər polis tərəfindən nəzarətə alınıblar. Bunlar 1974 və 1966-cı il təvəllüdlü 2 qadın olub. Faktla bağlı cinayət işi açılıb.

Ölkə.Az