Floridada polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Hüquq mühafizə orqanı işçiləri bazar günü axşam Orlando şəhərində (Florida ştatı) 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər yayıb.

Polis nümayəndələri etirazçıların onlara hücum etdiyi və daşlar atdığı üçün bu vasitəyə əl atmağa məcbur olduqlarını deyirlər.

Qeyd edək ki, afroamerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra Minneapolis və digər şəhərlərdə kütləvi iğtişaşlar başlayıb. İnsidentdən sonra Corc Floydun ölümünə səbəb olan polisə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə ittiham irəli sürülüb.

Buna baxmayaraq, ölkədə etirazlar səngimir. Etirazçılarla polis arasında toqquşmalar nəticəsində ölənlər və yaralananlar olduğu bildirilir.