Floydun ölümündən sonra irqçilikdən bəhs edən bu seriallar REKORD QIRIR

ABŞ-ın Minneapolis şəhərində afroamerikalı George Floydun ağ dərili polis tərəfindən küçədə amansızlıqla ölüdürülməsindən sonra bütün diqqətlər Amerikaya və qaradərililərin cəmiyyətdə yaşadıqları haqsızlıqlara yönəlib.

Floydun ölümündən sonra irqçilikdən bəhs edən bu seriallar REKORD QIRIR

ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ağ dərili polis tərəfindən küçədə amansızlıqla ölüdürülməsindən sonra bütün diqqətlər Amerikaya və qaradərililərin cəmiyyətdə yaşadıqları haqsızlıqlara yönəlib.

Peyk.az xəbər verir ki, irqçilikdən bəhs edən bu seriallar isə son günlərdə rekord səviyyədə izlənməyə başlanılıb.

Serialları təqdim edirik:

Əziz ağ insanlar (Dear White People) – 3 sezondan ibarət olan və 4-cü sezonu gözlənilən serialın son günlərdə izlənmə sayı kəskin artıb. Serial Amerikanın prestijli universitetində bir qrup qaradərili gəncin qarşılaşdığı irqçilikdən bəhs edir.

Bizi görəndə (When They See Us) – 1 sezon və 4 bölümdən ibarət olan kiçik serialda isə beş qaradərili gəncin haqsızlıqla üzləşməsi və günahsız yerə həbs edilmələrindən sonra mübarizə aparmalarından danışılır.

Rufina Ali

www.peyk.az