Formula 1 oyunu üçün Bakı Şəhər Halqası seçildi- VİDEO

Maşının sürülmə anlarının göstərildiyi videoda "Alfa Romeo" pilotu Antonio Covinatsinin idarə etdiyi avtomobil seçilib. Covinatsi bu bolidlə Bakı Şəhər Halqasında dövrə vurub

Formula 1 oyunu üçün Bakı Şəhər Halqası seçildi- VİDEO

"Formula 1" üzrə mobil oyunun ilkin versiyasının videosu yayımlanıb. ;

"Report"un məlumatına görə, videoda oyunun oynanılma qaydası göstərilib. Bunun üçün ;Azərbaycan Qran-prisi seçilib. Maşının sürülmə anlarının göstərildiyi ;videoda "Alfa Romeo" pilotu Antonio Covinatsinin idarə etdiyi avtomobil ;seçilib. Covinatsi ;bu bolidlə Bakı Şəhər Halqasında dövrə vurub.

Yeni oyunun özəlliklərinə ;baxdıqda, ilk növbədə “Mənim komandam” yeniliyi diqqəti cəlb edir. ;Çünki yeni oyunla birlikdə komanda rəhbəri olmaq imkanı da verilir. "Football Manager"ə bənzəyən oyunda oyunçular öz komandalarını idarə edəcək, ;istədikləri pilotları transfer edəcəklər.

"Formula 1" həvəskarları "karyera" bölümünü seçməklə oyundan istifadə edə bilərlər. Burada 22 mərhələdən ibarət yarış "tam mövsüm", ;10 və ya ;16 mərhələdən ibarət qısa yarışlar seçmək mümkündür. ;

Bundan başqa ;çoxlu oyun üçün ;ekranın ikiyə bölünmə xüsusiyyəti də ;mövcuddur. Beləliklə, eyni ekranda ikili oyun oynama özəlliyi aktiv olacaq.

Oyunun proqramı tam olaraq iyulun 10-da təqdim ediləcək. ;