Fransa İranı hədələdi: "Sanksiya tətbiq edilə bilər"

İran nüvə razılaşması çərçivəsində öhdəliklərinə əməl etməyəcəyi təqdirdə ona sanksiyalar bərpa oluna bilər.

Fransa İranı hədələdi:
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Fransa Xarici İşlər naziri Jan İv Lö Drian deyib.

“Deməliyik ki, bizim deeskalasiya cəhdlərimiz bir sıra səbəblər ucbatından heç bir nəticəyə gətirib çıxarmayıb. İran hakimiyyəti tərəfindən nüvə razılaşmasında pozuntulara yol verilib”, – deyə o bildirib.