Home Xarici Fransa polisindən etirazçılara dəstək

Fransa polisindən etirazçılara dəstək

207
0

Günlərdir “Sarı jilet”lər aksiyalarından daha da əldən düşən Fransa polisi də etiraza qalxıb. PEYK.Az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb.

Qəzəbli Polislərin Səfərbərliyi (MPC) Assosiasiyasının vitse-prezidenti Giyom Löbon BFMTV televiziya kanalında çıxışında polisin səbir kassasının dolub daşdığını bildirib. Qeyd edib ki, 15 il stajı olan və aktivində 200 saatdan çox əlavə iş saatı toplanmış polis əməkdaşları artıq cana doyduqlarını bildirirlər. Son bir ayda polis əməkdaşları “Sarı jilet”lər aksiyaları zamanı 23 saat dayanmadan iş başında olublar. Mənəvi və fiziki baxımdan üzülüblər.

“Hökumət hər dəfə aksiyadan sonra uğurlu fəaliyyətinə görə polisi alqışlayır, ancaq bunun arxasında konkret heç nə olmur”, – deyə vurğulayan G.Löbon deyib ki, “Sarı jilet”lər kimi polis də alıcılıq qabiliyyətinin yüksəldilməsini, əmək haqqına yenidən baxılmasını tələb edir.

Bildirilib ki, 2017-ci ildə milli polisin aktivində toplanmış 21.7 milyon əlavə iş saatı 2014-cü illə müqayisədə 18 faiz artıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here