Fransanın Anqien-le-Bən (Enghien-les-Bains) şəhərində azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın konserti keçirilib.

PEYK.AZ Report-a istinadən xəbər verir ki, Report-un Qərbi Avropa bürosu bildirdiyinə görə, konsert proqramına Azərbaycan və dünya klassiklərinin musiqi əsərləri daxil edilib.

Protestant Məbədində keçirilən konsertdə pianoçu bəstəkar Fərhad Bədəlbəylinin və dünya klassiklərindən Bethoven, Mendelssohn, Lisztin və digərlərinin əsərlərindən nümunələr səsləndirilib.

Azərbaycanlı musiqiçinin ifası gürultulu alqışlarla müşayiət olunub.

Musiqi təhsilinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başlayan, daha sonra isə Fransada musiqişünaslıq ixtisasına yiyələnən S. Zülfüqarova Azərbaycan musiqisini fransalılara yaxından tanıtdıran və öz peşəkar ifası ilə onlara sevdirən musiqiçilərimizdəndir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here