Home Xarici Fransada etiraz aksiyaları davam edir – 974 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları davam edir – 974 nəfər saxlanılıb

107
0

Ötən gün Fransada keçirilən etiraz aksiyalarında 125 min nəfər iştirak edib.

PEYK.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə polis tərəfindən dindirilən etirazçıların sayı 1385 nəfərə çatıb. Onlardan 974-ü müvəqqəti saxlanılıb.

Parisdə isə dindirilən 920 etirazçıdan 619-u tutulub.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat “sarı jiletlər” adlandırılıb. Aksiyalarda 118 nəfər xəsarət alıb, onlardan 17-si polis əməkdaşıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here