Fransada ikinci dalğa xəbərdarlığı - Üç mümkün ssenari

“Fransaya payızda koronavirusun ikinci dalğası gələ bilər”. Bu barədə BFMTV-yə Fransa hökuməti yanında Elmi Şuranın rəhbəri Jan-Fransua Delfressi danışıb. Onun sözlərinə görə, üç mümkün ssenari var - virus cənub yarımkürəsindən şimala keçəcək və payızda və ya qışda yox olacaq; əsl...

Fransada ikinci dalğa xəbərdarlığı - Üç mümkün ssenari

“Fransaya payızda koronavirusun ikinci dalğası gələ bilər”.

Bu barədə BFMTV-yə Fransa hökuməti yanında Elmi Şuranın rəhbəri Jan-Fransua Delfressi danışıb.

Onun sözlərinə görə, üç mümkün ssenari var - virus cənub yarımkürəsindən şimala keçəcək və payızda və ya qışda yox olacaq; əsl ikinci dalğa olacaq; virus geri qayıdacaq və xroniki xəstəliyə çevriləcək - yayılacaq, sonra azalacaq, daha az intensivliklə il boyu davam edəcək.

J.Delfressi bildirib ki, ən ehtimal olunan ssenari ikinci dalğadır və bu, oktyabrdan dekabra qədər davam edə bilər.