Fransada koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

Fransada son bir gündə koronavirusdan ölənlərin sayı 35 nəfər artıb.

Fransada koronavirusdan ölənlərin sayı 30 minə yaxınlaşır

Fransada son bir gündə koronavirusdan ölənlərin sayı 35 nəfər artıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, COVID-19 qurbanlarının ümumi sayı 29 142-yə çatıb.

Qeyd olunub ki, Fransada sosial və tibbi-sosial müəssisələrdə vəfat edənlərin sayı statistikaya daxil edilməyib.

Epidemiyanın başlanğıcından xəstəxanalara 153 634 insan yerləşdirilib. Hazırda minə yaxın şəxs reanimasiya şöbələrində müalicə alırlar.

Şənbə gününə olan məlumata görə, virus daha 579 nəfərdə aşkarlanıb. ;