Fransada koronavirusla bağlı vəziyyətdə irəliləyiş

Fransada reanimasiyada olan koronaviruslu xəstələrin sayı aşağı düşür və artıq min nəfərdən az təşkil edir, 11,9 mindən çox insan xəstəxanalarda qalma

Fransada koronavirusla bağlı vəziyyətdə irəliləyiş

Fransada reanimasiyada olan koronaviruslu xəstələrin sayı aşağı düşür və artıq min nəfərdən az təşkil edir, 11,9 mindən çox insan xəstəxanalarda qalmaqdadır. “Peyk.AZ” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“COVID-19-lu 955 nəfər reanimasiyadadır (iki həftə əvvəl – iyunun 2-də - reanimasiyada olan pasiyentlərin sayı 1 253 idi)”, - kommünikedə deyilir. Son sutka ərzində reanimasiyaya daha 15 yeni pasiyent daxil olub. Bununla belə reanimasiyada olan xəstələrin sayı ötən cümə günü ilə müqayisədə 69 nəfər aşağı düşüb.

Xəstəxanalarda koronavirusa yoluxmuş 11 961 nəfər qalmaqdadır (bir həftə əvvəl xəstəxanalardakı pasiyentlərin sayı 14 028 təşkil edirdi). Son 24 saat ərzində 169 yeni pasiyent xəstəxanaya yerləşdirilib.  

“Epidemiyanın başladığı vaxtdan Fransada 29 296 nəfər dünyasını dəyişib, onlardan 18 912-si xəstəxanalarda və 10 384-ü sosial və tibbi-sosial müəssisələrdə vəfat edib”, - kommünikedə deyilir.

Epidemiyanın başladığı vaxtdan 102,8 mindən çox insan xəstəxanalıq olub, onlardan 18 mindən çoxu reanimasiyada olub. Sağalandan sonra 71,5 min nəfər evə buraxılıb.