Home Xarici Fransada polislər nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib

Fransada polislər nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib

212
0

Fransanın paytaxtı Paris şəhərində benzin və digər yanacaq növlərinin qiymətinin bahalaşmasına etirazlar səngimir.

PEYK.AZ xarici mediyaya istinadən xəbər verir ki, on minlərlə insan şəhərində mərkəzində əyinlərində işığı əks edən sarı örtükdə toplaşaraq “Sarı jiletlər” hərəkatına həmrəylik nümayiş etdirirlər.

“Makron – istefa!” şüarı səsləndirərək Zəfər Tağına doğru hərəkət edən nümayişçilər polisin müqavimətindən sonra Razılaşma meydanına daxil olmağa cəhd göstəriblər. Buradan isə Elise meydanına sıxışdırılan nümayişçilərə qarşı polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Qeyd edək ki, bu gün Parisdə kütləvi nümayişlər səbəbindən ictimai nəqliyyat iflic olub, şəhərin mərkəzindəki bir sıra metro stansiyaları bağlanıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here