“Fransada söz azadlığından sui-istifadə edilir” - Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Fransa KİV-də Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasını pisləyib. “Peyk.AZ” xəbər veri

“Fransada söz azadlığından sui-istifadə edilir” - Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Fransa KİV-də Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasını pisləyib. “Peyk.AZ” xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

“İslam və müsəlmanları təhqir etməyin söz azadlığı anlayışı ilə heç bir əlaqəsi yoxdur”, - Zərifin tvitter paylaşımında deyilir.

İran diplomatiyasının rəhbəri də Fransa siyasətçilərinin islamofobiya xarakterli fikirlərini pisləyib.

Zərif xəbərdarlıq edib ki, müsəlmanların ünvanına söylənilən təhqiramiz fikirlər ekstremizm və radikalizmin artmasına səbəb olur.

“Müsəlmanlar müstəmləkə rejimləri və onların marionetləri tərəfindən yeridilən nifrət kultunun qurbanlarıdır. 1,9 milyard müsəlmanın və onların müqəddəslərinin təhqir edilməsi - söz azadlığından sui-istifadədir”, - deyə XİN başçısı vurğulayıb.